Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
XƏBƏRLƏR
27 Sentyabr – Anım Günü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkında olub. Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, parkın girişindəki xatirə daşının önünə gül dəstələri qoyulub.