20.06.2024, 23:45
AZ EN
11.05.2023, 11:04 212

Dövlət Komitəsinin əməkdaşı “Heydər Əliyev Zirvəsi”nə qalxıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə qalxıb.

Dövlət Komitəsinin dəstəyi ilə bu səyahətə yollanan həvəskar dağçı həmin massivdə 3756 m yüksəklikdəki Atatürk Zirvəsini də ziyarət edib. Hər iki zirvəyə ilk dəfədir qalxan Kamran Ağaməliyev əvəllər ölkəmizin ərazisindəki bir neçə dağ zirvəsində də olub. O, bu dəfəki səyahətinin məqsədini belə ifadə edib: “Ulu Öndərin adını daşıyan zirvəyə qalxmaq çoxdankı arzum idi. Onun 100 illik yubileyi ərəfəsində bu arzumu əməkdaşı olduğum komitənin dəstəyi ilə reallaşdırdım. Bu gün biz haqqında Ulu Öndərin böyük uzaqgörənliklə və inamla söz açdığı  Böyük Qayıdışın həyata keçirilməsi istiqamətində çalışırıq. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan azad etdiyi ərazilər yenidən qurulur, dirçəldilir və keçmiş məcburi köçkün həmvətənlərimizin geri dönüşünə şərait yaradılır. Mən Heydər Əliyev Zirvəsində olarkən Ulu Öndərin vəsiyyətlərinin gerçəkləşdirilməsində həmkarlarımla birlikdə iştirakımdan bir daha qürur hissi keçirdim”.

Oxşar xəbərlər