Uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış sakinlərin bir qismi artıq doğma kəndə qayıdıb. Hazırda Ağalı kəndinə 175 ailə (871 nəfər) daimi məskunlaşması təmin edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən, məlumatlandırma, təbliğat və təşviqat məqsədilə Ağalı kəndi kəndi haqqında hazırlanmış videoçarxı şərhsiz təqdim edir.