Qərbi Azərbaycanın İrəvan quberniyasının Aleksandropol qəzasında, Alagöz (Araqadz) rayonunun tərkibində olan Carcaris kəndi rayon mərkəzindən 12 km aralıda yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Cərcəyis kimi qeyd olunmuşdur. Toponim Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində "vəl əvəzində xırmanda istifadə edilən dəmir dişli alət mənasında işlənən carcar sözündən düzəlmisdir.
İsa MUSAYEV