21.05.2024, 08:17
AZ EN
04.03.2023, 09:05 130

Qırxbulaq mahalı, Yelqovan kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycanın Qırxbulaq mahalında, Eller rayonunun mərkəzindən 4 km şimal-şərqdə, Qırxbulaq çayının yuxarı axarında, dəniz səviyyəsindən 1447 metr yüksəklikdə salınmış Yelqovan kəndində 18-ci əsrin sonlarına qədər yalnız Azərbaycan türkləri yaşamışlar. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) İrəvan nahiyəsinin, 1728-ci ildə yazılmış dəftərdə isə Qırxbulaq nahiyəsinin Yelqovan kəndi kimi qeyd olunmuşdur. İ.Şopen (1832) Qırxbulaq mahalına daxil edilən bu kəndi 2 adla: Yelqovan və Barsabəy şəklində vermişdir.

Barsabəy adı türk mənşəlidir, Oğuz igidlərinin adları ilə səsləşir. Tədqiqatçıların fikrinə görə kəndin Barsabəy adı şəxs adından yarandığı kimi, Yelqovan toponimi də El və qopan komponentlərindən əmələ gəlmişdir. Kopan//Qoban//Qaban//Qafan//Qovan bildiyimiz kimi, peçeneq tayfalarından biri olmuşdur və bu mənada Yelqovan Qopan//Qoban//Qovan eli anlamındadır. İrəvan əyalətinin Şirakel nahiyəsindəki Qabanlı, Azərbaycan Respublikası ərazisindəki Qapanlı tayfası da eyni kökdəndir. 1873-cü ilin statistikasında da kənd iki adla -Yelqovan və ya Barsabəy kimi qeydə alınmışdır. 1935-ci il yanvarın 3-də kəndin Yelqovan adı dəyişdirilərək Kotayk qoyulmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər