22.11.2024, 08:10
AZ EN
09.05.2023, 16:40 269

Zəngəzur qəzası, Noraşenik kəndi

QƏRBİ AZƏRBAYCAN

Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda olan Noraşenik kəndi rayon mərkəzindən 10 km şimal-şərqdə, Xalac çayının sol sahilində yerləşir. Toponim türk dilində "sıldırım qayalıq, dərin dərə, uçurum" mənasında işlənən nori sözünün fonetik forması olan nora sözü ilə türk dilində "kənd, yaşayış yeri, yaşayış məntəqəsi" mənasında işlənən şenik (əsli şenlik) sözünün birləşməsindən əmələ gəlmişdir. Şenik(şenlik) sözü Azərbaycan aşığı Aşıq Şenlik şəxs adında özünü qoruyub saxlamışdır. Kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. 1905-1906-cı illərdə erməni təcavüzü nəticəsində azərbaycanlı əhalisi tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR