22.11.2024, 07:40
AZ EN
13.02.2023, 14:48 320

Gərnibasar mahalı, Axuşvəng kəndi

QƏRBİ AZƏRBAYCAN
  • "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) Gərni nahiyəsinin Axuşvəng kəndi kimi qeyd edilmişdir. Kəndin adı Axus və vəng sözlərinin birləşməsindən yaranıb. Tədqiqatçı alim, Milli Məclisin üzvü Əziz Ələkbərli qeyd edir ki, Axuş türk dillərində "dəstə", "alay", "yığın" mənasında geniş işlədilən "haxıs", "haxış" sözlərindən törəmədir və bölgədəki Haxıs adlı bir çox oykonimlərlə eyni kökdəndir.

Bu da məlumdur ki, türklərin ən böyük ana yurdlarından biri Axısqa adlanır. 16-ci əsrdə Gəncə əyalətində Ahıstabad adlı sancaq, 18-ci əsrdə Qarabağın Vərəndə mahalında Qut-Ahis adlı kənd qeydə alınmışdır. Qərbi Azərbaycan ərazisində 1728-ci ilə aid mənbədə Xınzirək nahiyəsində Haxs, sonralar Əstərək rayonunda Axis (Haxis) kəndləri mövcud olmuşdur. Axusvəng kəndində ancaq Azərbaycan türkləri yaşamışlar. Lakin digər azərbaycanlı kəndləri kimi bu kəndin də əhalisi öz doğma yurdlarından qovulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR