27.07.2024, 14:27
AZ EN
18.09.2023, 17:54 230

Qərbi Azərbaycan, Crvej kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan Xanlığı, Qırxbulaq mahalı, indiki Ellər (Abovyan) rayonunda olan Crvej kəndinin adı 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Cevriş formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin qədim adının Çivreş olduğu göstərilir. Hazırda bu kənd "Crvej" adlanır. Kəndin adının mənasının erməni dilində "şəlalə" olduğu bildirilir. Crvej kəndində tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

İsa MUSAYEV

Oxşar xəbərlər