İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Kəvər (Kamo) rayonunda olan Dəliqardaş kəndi rayon mərkəzindən 7 km cənubda, Kəvər çayının sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk tayfalarından biri olan tele (dəli) etnoniminə qardaş sözünün artırılması yolu ilə əmələ gəlmişdir. 1828-ci ilə qədər burada yalnız azərbaycanlılar yaşamışlar. Həmin tarixdən Türkiyədən köçürülən ermənilər burada məskunlaşmışlar. XX əsrin əvvəllərində kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur. Dəliqardaş kəndinin adı 1920-ci ildə dəyişdirilərək Saruxan qoyulmuşdur.
İsa Musayev