Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin sosial şəbəkələrdə dərc etdiyi bəyanatında deyilir.
“Mətbuatda yer alan bəzi uydurma məlumatlara cavab olaraq Ermənistan öz prinsipial mövqeyini bir daha təsdiqləyir: ölkə ərazisi üçüncü dövlətlər tərəfindən heç bir qonşu ölkəyə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edilə bilməz”, - bəyanatda vurğulanır. (Report)