Yelizavetpol (Gəncə) quberniyasının Qazax Şəmsəddin qəzasında, Barana (Noemberyan) rayonunun Balakənd kəndi rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1930-cu ilə qədər burada ancaq azərbaycanlılar yaşayırdılar. Həmin ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir. Toponim "kiçik" mənasında işlənən bala və "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Sonralar qeyri-rəsmi olaraq kəndin adı dəyişdirilərək Doveğ qoyulmuşdur.
İsa MUSAYEV