18.10.2024, 20:26
AZ EN
27.08.2023, 17:05 276

Qərbi Azərbaycan, İlli kəndi

QƏRBİ AZƏRBAYCAN

Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonuna daxil olan İlli Qarakilsə kəndi Şirak dağlarının şimal tərəfində Elli dərə adlanan dərədə yerləşir. Erməni mənbələrində və rəsmi sənədlərdə İlli Qarakilsə, Qarakilsə İlli kimi yazılmışdır. Toponim - li şəkilçisi qəbul etmiş "bəyə tabe olan el, ərazi" mənasında işlənən il sözü ilə Qarakilsə toponiminin birləşməsindən əmələ gəlmişdir. İl sözü qədim türk dilində el sözünün sinonimi kimi işlənmişdir. Kənddə XIX əsrin 30-cu illərinə qədər azərbaycanlılar yaşamışdır. 1828-1830-cu illərdə azərbaycanlılar qırğınlarla qovulmuş və İrandan, Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək Hoğmik qoyulmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər