Dağların ətəyində yerləşən Cevriş kəndinin özünəməxsus gözəl təbiəti vardı. Mənbələrdə qeyd olunur ku, 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Cevriş formasında qeyd edilmişdir.
Erməni mənbələrində kəndin qədim adının Çivreş olduğu göstərilir. Ermənicə bu kənd hal-hazırda "Crvej" adlanır və kəndin adının mənasının erməni dilində "şəlalə" olduğu bildirilir.
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–1929-cu illərdə İran və Türkiyədən köçürülüb yerləşdirilmişdi.
Burada ermənilərlə yanaşı, 1873-cü ildə 43 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 58 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdular. İndi burada yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ