19.10.2024, 00:21
AZ EN
12.07.2023, 16:50 330

Qərbi Azərbaycan, Güllücə kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Güllücə kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunun inzibati ərazisinə daxildir. Rayon mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim güllü sözünə cə şəkilçisinin qoşulması əsasında əmələ gəlib "güllü, çiçəkli ərazidə yerləşən kənd" mənasını ifadə edir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyun 1946-cı il fərmanı ilə Güllücə kəndinin adı dəyişdirilərək Vardenis qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər