İrəvan çuxurunda çox məşhur olan Seyid Mir Əli Ağa əslən Gərnibasar mahalının Cikdamlı kəndindən idi. O, 1880-ci ildə burada tanınmış Seyid ailəsində dünyaya gəlmiş, az sonra ailə Qarabağlar rayonunun Şuqaib kəndinə köçmüşdür. 1949-cu ildə onları zorla Azərbaycana deportasiya etmiş, 3 ilə yaxın Salyan rayonunun Minbaşı kəndində yasamış, 1951-ci ildə isə Yevlax rayonunun Malbinəsi kəndinə köçmüşlər. Doqquz qız atası olan Mir Əli Ağa 1953-cü ildə 73 yaşında vəfat etmişdir. Məzarı Malbinəsi kənd qəbiristanlığındadır. Mir Əli Ağanın ocağı bu gün də fəaliyyət göstərir və təkcə Yevlax camaatının deyil, bu ocağı tanıyanların hamısının inam yeridir.
İsa Musayev