Qərbi Azərbaycanın Sarvanlar kəndində olan Qara Pirim ocağı camaatın inam yeri idi. Ocağın qabağında yulğun ağacı vardı. Ağacın budağını qıranda qan axırmış. Deyilənə görə Sultan adlı bir kişi bu yulğunun budağını qırıb evə gətirir, baxır ki, ağacdan qan axır, aparır mollanın yanına. Molla deyir ki, apar qoy yerinə, sən böyük ziyan çəkəcəksən. Bir müddət sonra kişinin Qəmər adlı qızı təndirə düşüb yanır. Özü isə müharibəyə gedib, bir daha qayıtmır.
İsa Musayev