Monastır haqqında ilk məlumatı Movses Xorelidən alan İ.Şopen yazır ki, Gedərgəl kəndində bir vaxtlar məşhur monastır olub, orada sehrli xaç saxlanılıb. Yerli əhalinin danışdığına görə, o xaç Qırxbulaq çayının axmasının qarşısını alıb və kəndin digər adı - Çayqaytara buradan yaranıb. Eçmiədzin kilsəsində saxlanan bu xaç gümüşdəndir və qızıl suyuna çəkilmişdir. İndi burada yalnız monastırın və kilsənin xarabalıqları qalır. Günbəz isə uçub tökülmüşdür.
İsa Musayev