25.06.2025, 15:46
AZ EN
17.07.2023, 17:25 377

Urud qalası

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə (01. 03. 1940 – cı ildən Sisian) rayonunun Urud (03. 07. 1968-ci ildən Vorotan) kəndi ərazisində yerləşən Urud qalası tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü.

Urud qalasının adı mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104-cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.

Abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər