10.05.2025, 20:31
AZ EN
13.04.2023, 17:30 363

Qərbi Azərbaycan abidələri, Qavuslar monastırı

QƏRBİ AZƏRBAYCAN

Gərnibasar mahalının dağlıq hissəsində yerləşən Qavuslar monastırı haqqında məlumat verən İ.Şopen (1832) bu adı Qavusdar şəklində yazıya almışdır. Tədqiqatçı alim Əziz Ələkbərli bildirib ki, monastır Uz türklərinə mənsubdur. İ.Şopen yazır: "Vartan bu məşhur monastırı Darun və Aruan adlandırır. "Hər iki addakı hun komponenti göz qabağındadır və monastırın bölgədəki xristian türklərinə mənsubluğunu bir daha təsdiq edir. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) İrəvan nahiyəsi ərazisində bir Kavis kəndi, "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) isə Qafavus adlı kənd qeydə alınmışdır. Bu toponimlər eyniköklü hesab olunur.

İsa MUSAYEV

Oxşar xəbərlər