Göyçə mahalının Aşağı Qaranlıq (Martuni) rayonunun Kolagirən (Tsavinar) kəndi kənarında inşa edilmiş Teyşeba qalası e.ə.Vlll əsrin ikinci yarısına aid qədim qaladır. Mənbələrdə qeyd edilir ki, Göyçə gölünün sahilində, təpə üstündə yerləşən bu qala Urartu çarı Sardurinin oğlu Rusanın tikdirdiyi iki qaladan biridir. Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilmişdir. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən xeyli gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılmışdır. Kolagirən kəndi ərazisinə ilk ermənilər 1830-cu ildə Türkiyədən köçürülmüşdür.
İsa Musayev