24.12.2024, 03:01
AZ EN
09.02.2023, 15:00 261

Cəbrayıldakı Ailə Sağlamlıq Mərkəzində indiyədək 300-dən çox vətəndaşa tibbi xidmət göstərilib

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad edilmiş ərazilərdə digər sahələrlə yanaşı, tibbi xidmətlərin təşkili də diqqətdə saxlanılır. Şuşa şəhərində modul tipli xəstəxana, Zəngilan rayonunun Ağalı kəndində, Hadrut qəsəbəsində və Cəbrayıl şəhərində Ailə Sağlamlıq mərkəzləri fəaliyyət göstərir.

Cəbrayıl şəhərinə gedərək, Ailə Sağlamlıq Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Həkim Mahir Həsənov bildirib ki, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs Ailə Sağlamlıq Mərkəzi 2022-ci il noyabrın 25-də fəaliyyətə başlayıb. Ailə Sağlamlıq Mərkəzi 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 20 nəfər (tibb və qeyri-tibb) növbə əsasında xidmət göstərir. Hər növbədə həkim, tibb bacısı, sürücü, mühafizə və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətindədir. Mərkəzdə təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və ambulansla tam təchiz olunub.

Ailə Sağlamlıq Mərkəzinə fəaliyyətə başladığı gündən indiyə kimi 300-ə qədər müraciət qəbul olunub və tibbi xidmət göstərilib. Mərkəz USM və EKQ cihazları, dərman preparatları ilə təmin edilib.

Tibb bacısı Tünzalə Feyziyeva ilə söhbət zamanı 29 ildən sonra doğma rayonunda fəaliyyət göstərdiyi üçün fəxr etdiyini vurğulayıb. Cəbrayıl rayonunun Sofulu kəndində anadan olan Tünzalə Feyziyevanın bir arzusu olub ki, torpaqlarımız işğaldan azad edildikdən sonra doğma rayonunda çalışsın. O, artıq arzusuna çatıb. “Bu gün Cəbrayıl şəhərində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzində vətəndaşlarımıza tibb bacısı kimi xidmət edirəm. Bunun üçün böyük sevinc və fəxr hissi keçirirəm. Bu şərəfi bizə bəxş edən Prezidentimizə təşəkkür edirəm”, - deyə sevinc hisslərini ifadə edib. (AZƏRTAC)

Oxşar xəbərlər