Onların ailəsi Laçına köçən ilk ailələrdən biridir. Asiman deyir ki, Laçın işğal olunanda mən hələ doğulmamışdım: “Amma valideynlərimdən Laçının gözəlliyi haqqında çox məlumat eşitmişdim. Ona görə də Laçında yaşamaq arzum idi. Şükürlər olsun ki, biz yenidən Laçına qayıtdıq. Bura qayıtdıqdan sonra mən Məşğulluğa müraciət elədim. Məni “Azəreneji”yə yönləndirdilər. “Azərenerji”də əvvəlcə bizə kurs keçdilər. Kurs keçdikdən sonra Laçın şəhər Sus kəndində yerləşən ən kiçik Su Elektrik Stansiyasında “Növbətçi elektrik-mantyor” vəzifəsində çalışmağa başladım. Bu gün öz dədə-baba torpağımızda, öz Vətənimizdə yaşayıb işlədiyim üçün çox xoşbəxtəm. Bütün bunları bizə yaşatdığı üçün cənab Prezidentimizə təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı versin”.
Tahirə AĞAMİRZƏ