Bunu Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü, İradə Hüseynova Zəngilanda İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun bugünkü iclasında çıxışı zamanı deyib.
"Bu günə kimi aparılmış monitorinqlər nəticəsində məlum olub ki, dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsi olan bir çoxu Azərbaycanın "Qırmızı kitab"ına salınıb", - o vurğulayıb.
İ.Hüseynova əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə 165 nəsli kəsilmək təhlükəsində olan bitki növü mövcuddur:
"Eyni zamanda, 57 fəsilə və 99 cinsə aid nəsli kəsilmək təhlükəsində olan, 34 fəsilə və 84 cinsə aid 119 endem və subendem növ var". (Report)