Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Mərkəzdə tullantıların təmizlənməsi, idarə edilməsi, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək naminə işlər aparılır.
"Məqsəd işğaldan azad edilmiş ərazilərdə təbii landşaftın qorunmasıdır", - xüsusi nümayəndə vurğulayıb. (Report)