Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və nümayəndəliyin əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər ziyarətdə iştirak ediblər. Zəngilan Şəhidlər xiyabanında şəhidlərimizin məzarı üzərinə çiçəklər düzülüb, xatirələri yad edilib, şəhidlərin ruhuna dualar oxunub. (AZƏRTAC)