22.02.2025, 07:39
AZ EN
21.02.2025, 09:47 223

Ağalı məktəbində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş xüsusi dərs təşkil edib

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Şəmsiyə Şəmsəddinova 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş xüsusi dərs təşkil edib.

Dərsdə şagirdlər ana dilimizin zənginliyi, düzgün istifadəsi və qorunması haqqında maraqlı məlumatlar öyrəniblər. Müxtəlif tapşırıqlar vasitəsilə onlar söz ehtiyatlarını genişləndirib, dil qaydalarına dair biliklərini möhkəmləndiriblər. Şagirdlər qruplar halında yarışaraq söz oyunları, məntiqi tapşırıqlar və dil qaydalarına aid fəaliyyətlər yerinə yetiriblər.

Sonda müəllim şagirdlərin fəallığını qiymətləndirərək qalib komandaları mükafatlandırıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər