Bunu həmin məktəbdə tədris ilinin başlanması tədbirində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, Ağalı məktəbində 65 şagird təhsilə cəlb olunub:
“Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Ağalı sakini olan 14 müəllim tədris deyəcək. Sevindirici hal idi ki, burada işləmək üçün təxminən 800-ə yaxın müəllim müraciət etmişdi. Sakinlərin köçü davam etdiyindən yaxın həftələrdə şagird sayının artması gözlənilir. Kompleksdə həmçinin məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərəcək. Əminəm ki, Ağalı kənd tam orta məktəb təhsil sisteminin ən üzdə olan məktəblərindən biri olacaq”.
O qeyd edib ki, hazırda Prezident İlham Əliyevin müxtəlif sərəncamları ilə işğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun qurulması üçün işlərə başlanılıb. (Report)