21.11.2024, 17:12
AZ EN
01.09.2024, 17:54 241

Zəngilanın Alıbəyli kəndindəki seçki məntəqəsində səsvermə prosesi uğurla davam edir

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonunun Alıbəyli kəndində yerləşən seçki məntəqəsində də Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə seçicilər yüksək əhvali-ruhiyyədə iştirak edirlər.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan Zəngilan rayonunda fəaliyyət göstərən seçki məntəqələrindən biri də Alıbəyli kəndi ərazisindəki 61 saylı seçki məntəqəsidir. Bu məntəqədə səs verənlər əsasən Zəngilan rayonunda qeydiyyatda olan və bu ərazidə çalışan işçilərdir. Digər məntəqələrdə olduğu kimi, burada da seçicilərin səsvermə hüququndan azad və demokratik şəkildə istifadə etmələri üçün lazımi şərait yaradılıb. Gün boyu seçicilərin aktivliyi müşahidə olunur. Səsvermə prosesi uğurla davam edir.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan ərazilərdəki digər məntəqələrdə - Ağalı kəndindəki 33 saylı seçki məntəqəsində, Ağbənd qəsəbəsindəki 62 saylı seçki məntəqəsində, Zəngilan şəhərinin mərkəzindəki 64 saylı seçki məntəqəsində, Qubadlı rayonu Xanlıq kəndi ərazisindəki 63 saylı seçki məntəqəsində seçicilər səsvermədə yüksək əhvali-ruhiyyə ilə iştirak edirlər. (AZƏRTAC)

Oxşar xəbərlər