22.11.2024, 01:19
AZ EN
10.09.2022, 17:10 341

Norveçli səyyah: "İşğaldan azad olunmuş ərazilər çox heyrətamizdir"

ŞƏRQİ ZƏNGƏZUR
  • Qarabağa ilk dəfədir səfər edirəm. İşğaldan azad olunmuş ərazilər çox heyrətamizdir. Mən Qarabağın təbiətini çox sevdim. Bu sözləri  Cəbrayıla səfər edən, dünyanın 200-dən çox ölkəsində olmuş norveçli səyyah Yorn Auqstad deyib.

“Xudafərin körpüsü çox gözəl və tarixi bir körpüdür. Bu ərazilər iki ilə yaxındır işğaldan azad edilib və buraya gəldikdə gördüm ki, ərazidə yenidənqurma və bərpa işləri aparılır. Burada qısa müddət ərzində yeni yolların inşa edilməsinə, “ağıllı kənd” layihəsinin həyata keçirilməsinə və hava limanının tikilməsinə heyran qaldım. Azərbaycana gəlməzdən əvvəl bunların şahidi olacağımı düşünmürdüm.

Hər yer dağlarla əhatə olunduğu üçün bu ərazilərin havası çox sərin və təmizdir”, - deyə norveçli səyyah bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər