Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Laçın sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Yeni filialın açılışı ilə “Kapital Bank” həm də Laçında fəaliyyətə başlayan ilk bank kimi tarixə düşüb. Ölkədə ən böyük filial şəbəkəsinə malik bankın filiallarının sayı Laçın filialının açılışının ardından 119-a çatdı. Tezliklə bankın Xankəndi filialının da açılışı planlaşdırılır.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk , “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc . (AZƏRTAC)