21.02.2025, 18:05
AZ EN
20.02.2025, 07:06 162

Cəbrayıla yeni köçən ailələrin məktəbyaşlı şagirdlərinə psixoloji dəstək göstərilir

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad olunmuş Cəbrayıl şəhərinə ailələrin köçürülməsi prosesi davam edir.

Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin müəllimləri yeni köçən ailələr içərisindəki məktəbyaşlı şagirdlərlə görüşür, onların yeni mühitə alışmaları, məktəbə adaptasiyası üçün psixoloji dəstək göstərirlər.

Görüşlərin təşkilində məqsəd şagirdlərin yeni şəraitə uyğunlaşmasını sürətləndirmək və onların təhsil müddətində heç bir gerilik yaşamamalarını təmin etməkdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər