22.11.2024, 09:25
AZ EN
30.04.2024, 11:43 293

Laçının dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən taxıl sahələri

ŞƏRQİ ZƏNGƏZUR
  • Bir çox isanlar inanmasa da, xeyli sayda insanlar, daha doğrusu, keçmiş məcburi köçkünlər inanır və ümid edirdilər ki, gec-tez öz ata-baba torpaqlarına yenidən qayıdacaqlar. Axı, insanı öz torpağından neçə illər uzaqlaşdırmaq olar ki...?! Halal olan hər şey insanın özünə qayıdır.

O da reallıqdır ki, insanlarda bu inamı yaradan Tanrıdırsa, onu həyata keçirən isə yalnız öz gücünə, elminə, biliyinə, həyat təcrübəsinə, illərlə üzərində işlədiyi daxili və xarici siyasətinə güvənən dövlət başçısıdır. O dövlət başçısı ki, bütün dünyanı qarşısına alıb inandığı və hüquqi əsaslara söykənən dəyərlərin önünü açdı və 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz bunun bariz nümunəs oldu. Deməli, bu inamı, sevinci bizə yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Bu gün Onun apardığı uğurlu siyasətin nəticəsidir ki, işğaldan azad edilmiş torpaqlarımızda abadlıq, quruculuq-bərpa işləri sürətlə gedir. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. İnsanlarımız öz doğma torpağına yenidən qayıdıb orda firəvan həyat sürürlər və sürəcəklər də. Xalqımızı daha da yaxşı gələcək gözləyir.

Gün gələcək Azərbaycan bütün dünyanın qibtə elədiyi, həsəd çəkdiyi daha da şanlı-şöhrətli, müasir və keçmişindən qopmayan bir ölkə olacaq... Yamyaşıl taxıl sahələri insanın ürəyini fərhlə, gözlərini sevinc yaşları ilə doldurur. Dilimizdə ancaq şükür kəlməsi səslənir. Yaradanımıza sonsuz şükürlər olsun! Şəhidlərimizin ruhuna min rəhmət. Allah Ali Baş Komandanımıza cansağlığı, uzun ömür versin...

Laçının Güləbird, Cicimli, Qazdərə kəndlərinin düzən hissəsində yüz hektarlarla ərazi yə payızda səpilən buğda münbit torpaqda yaxşı cücərib. Əlverişli hava şəraitində sürətlə inkişaf edib.

Baş aqronom, Azil Söhbətov:

Bu ərazilər demi ərazilərdi, burada heç bir suvarma işləri həyata keçirilmir. Buranın iqlim şəraiti tam əlverişli olduğuna görə,  yağışların miqdarı çox, torpağı münbit olduğuna görə buralarda kənd təsərrüfatı bitkiləri əkib becərmək daha məqsədə müvafiqdir.

Hazırda alaq otlarından təmizlənən buğda sahəsindən bol məhsul  gözlənilir. Növbəti illərdə isə əkin sahələri genişləndiriləcək.

Gördüyünüz bu taxıl sahələri dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Bu il Laçın ərazisində 3500 hektar buğda bitkisi əkilib. Gələn ilin isə rəqəmləri daha böyükdür. Belə ki, gələn il Laçın ərazisində 5200 hektar ərazidə dənli bitkilər əkiləcək.Bununla da işğaldan azad edilən ərazilərdə, o cümlədən də Laçın rayonunda ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Buna görə də burda quraqlığa davamlı və məhsuldar taxıl sortları əkiləcək, yeni texnologiyalar tətbiq ediləcək.

Baş aqronom deyir ki, məqsəd də odur ki, yüksək məhsul götürə bilək: “Bundan başqa şirkətimiz eyni zamanda bu ərazilərdə taxıl bitkilərinin əkilib becərilməsi kənd təsərrüfatının inkişaf etdirməklə, burda yaşayan əhalinin də işlə təminatında mühüm rol oynayacaqdır”.

Bu torpaqların əkilib becərilməsi həm də qürur simvoludur. Çünki tam 32 illik fasilədən sonra yenidən bu torpaqlar əsl sahibləri təərfindən becərilir.

Laçın rayon- DAİM-in Baş Məsləhətçisi, Səməd Həsənov:

-O qədər qürurvrici andır ki,  möhtərəm Prezidentimizin danılmaz əziyyəti, şəhidlərimizin  qanı bahasına azad olunan torpaqlarda bu gün bu işlər görülür. Kənd təsərrüfatının inkişafı mərhələsinə qədəm qoyulur. Ağlımıza gəlməyən bir şeyin ortasındayıq. Yəni bu, elə bir sevindirici haldır ki, söz tapmırsan danışmağa.

Bəli, ağlımıza gəlməyənlər reallığa çevrilib. Bir neçə aydan sonra daha bir reallığa şahid olacağıq. Laçının taxıl sahələrinə kombaynlar çıxacaq. Bol taxılımız olacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR