21.11.2024, 21:46
AZ EN
18.01.2024, 12:37 314

Ağalıdan olan seçici: Fevralın 7-si bizim üçün çox qürurlu və tarixi bir gün olacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • Növbədənkənar prezident seçkiləri doğma kəndimiz Ağalıda da keçiriləcək. Fevralın 7-si bizim üçün çox qürurlu və tarixi bir gün olacaq. Çünki minlərlə şəhidimizin qanı bahasına qazandığımız Zəfər sayəsində işğaldan azad olunan ərazilərdə ilk dəfə səs verəcəyik. Bu, bizim üçün fəxrdir.

Bu sözləri Zəngilanın Ağalı kəndinin sakini Minayə Mahmudova bildirib.

“Ağalıdan ailə üzvlərimlə birgə məcburi köçkün düşəndə 20 yaşımda idim. 50 yaşımda isə ailəmlə birlikdə doğma kəndimə qayıtmaq nəsib oldu. Ağalıya qayıtdıqdan sonra ötən hər gün bizim üçün əlamətdar sayılır. 30 il həsrətində olduğumuz kəndimizdə yenidən Novruz tonqalı yandırmışıq, Zəngilan Şəhəri Gününü, Həmrəylik Gününü, Yeni ili də burada qeyd etmişik. İndi isə qarşıdan prezident seçkiləri gəlir. İşğaldan azad olunan ərazilərdə ilk dəfə səsvermədə iştirak etmək bizə qismət olacaq. Bu, həqiqətən də qürurverici məqamdır”, - deyə o əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər