Bu barədə Nazirlikdən bildirilib.
Məlumata görə, məqsəd dağlıq relyefə malik olan Laçın rayonu ərazisində “Azconnexus” peyk interneti sayəsində müasir rəqəmsal xidmətlərə əlçatanlığı təmin etmək və telekommunikasiya sahəsini inkişaf etdirməkdir.
Ənənəvi peyk tezlik diapazonlarından daha yüksək ötürmə qabiliyyətinə malik olan KA diapazonu çox kiçik ölçülü antenlər üçün əlverişli əhatə dairəsi yaradır. Bu da internet xidməti provayderləri və telekommunikasiya operatorlarına ucqar və dağlıq ərazilərdə öz şəbəkələrini genişləndirməyə imkan verəcək.
2021-ci ildən fəaliyyətdə olan “Azconnexus” platforması fasiləsiz, təhlükəsiz, yüksəksürətli, keyfiyyətli internet xidməti təqdim edir. “Azconnexus” peyk interneti dövlət müəssisələrində, dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, yəni kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatandır. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növləri təqdim edir. (Report)