O deyib: “Azad olunan torpaqlarda bərpa-quruculuq işlərinin aparılması bizi çox sevindirdi. Hər şeyin yenidən bərpasını, investisiya yatırılmasını görmək çox sevindiricidir. Bu yerlərin 30 il ərzində viran qoyulması, dağıdılması bizi çox məyus etdi. Buna baxmayaraq, 44 günlük müharibədən sonra Azərbaycanın bu yerlərdə qısa müddətdə bərpa işlərinə başlaması bizi yaxşı mənada çox təəccübləndirdi”. (AZƏRTAC)