Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
M.Miller qeyd edib ki, Azərbaycan tərəfi və Qarabağdakı erməni azlıq nümayəndələri zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərlə bağlı müzakirələri davam etdirməlidirlər.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. (Report)