12.02.2026, 15:25
AZ EN
12.02.2026, 13:21 91

BP: "Şəfəq günəş layihəsinin tikintisi qrafikə uyğun davam edir"

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayonundakı Şəfəq günəş layihəsi üzrə tikinti işləri qrafikə uyğun aparılır.

Bu barədə BP-dən bildirilib. Qeyd edilib ki, ötən ilin iyun ayında layihə üzrə yekun investisiya qərarı (YİQ) qəbul edilib. Qərar qəbul edildikdən sonra iki əsas müqavilə- mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edən və modul təchizatı üçün müqavilə imzalanıb.

"Layihə sahəsində hazırlıq işləri tamamlanıb. Hazırda tikinti işləri davam edir, modul təchizatı üzrə işlər başlayıb, ilk panellər avqust ayında əraziyə çatdırılıb", - BP əlavə edib. (APA)

Oxşar xəbərlər