Bank bu istiqamətdə növbəti layihəsini işğaldan azad olunmuş torpaqlarımızda- Zəngilanın Ağalı kəndində reallaşdırıb. Unibank Ağalı kənd məktəbinin şagirdlərinə evlərində dərslərini daha rahat şəraitdə hazırlamaları üçün yazı masası dəsti hədiyyə edib. 80-dən çox şagird yazı masası dəsti ilə təmin olunub. Bank əməkdaşları məktəb kollektivi ilə görüşdə məktəbin kitabxanasına kitab dəstləri də təqdim ediblər. https://www.youtube.com/watch?v=Tw_vkrdaL0A
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. 30 illik fəaliyyəti dövründə Bank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank - Sənin Bankın!
("Trend")