Hazırda istehkamçılar Ermənistan tərəfinin basdırdığı minaların tapılaraq zərərsizləşdirilməsi ilə məşğuldur.
Xüsusi təlim görmüş itlər də minaaxtarma əməliyyatlarına cəlb edilib.
Qeyd edək ki, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən təkcə cari ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-Э növlü minalar aşkar edilib.
Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır. (APA)