Bu dizayn “PBA” QSC tərəfindən hazırlanıb. “PBA” QSC (Layihə Bürosu Azərbaycan) Memarlıq Dizaynı və Mühəndisliyi üzrə xidmətlər göstərən Bakıda yerləşən şirkətdir.
Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binası 4,5 hektardan çox ərazidə inşa olunacaq. Bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiyahemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.
Tahirə AĞAMİRZƏ