21.04.2025, 16:48
AZ EN
21.04.2025, 13:40 203

Cəbrayılda 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) tipli elektrik veriliş xəttləri çəkiləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • “Azərişıq” ASC Cəbrayıl rayonunun Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxunlu kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) tipli elektrik veriliş xəttləri çəkəcək.

ASC sözügedən ərazilərdə elektrik xəttlərinin çəkilməsinə 5.811.577,78 AZN vəsait xərcləyəcək.

Qeyd edək ki, qurum elektrik xəttlərinin çəkilməsi üçün tender elan edib və təkliflərinin son təqdimolunma tarixi mayın 21-dir.

Xatırladaq ki, "Azərişıq" ASC Ağdam, Füzuli rayonlarında, həmçinin, "Ağdərə" yarımstansiyası ilə "Suqovuşan" yarımstansiyası arasında elektrik veriliş xətlərinin çəkilməsi üçün də tender elan edib.

GÜNEL

Oxşar xəbərlər