22.11.2024, 00:22
AZ EN
16.01.2024, 14:25 315

Qarabağdakı “yaşıl enerji” zonaları Azərbaycana ciddi töhfələr verir

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycanın 2024-cü ildə yaşıl gündəliyi çox zəngin olacaq. Bu ilin Yaşıl Dünya naminə Həmrəylik ili elan olunması, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi yaşıl düşüncənin formalaşmasında xəbər verir. 2022-ci ildən Qarabağın yaşıl enerji zonasına çevrilməsi üçün intensiv işlər görülür. Ərazilərimizin potensialıda buna icazə verir ki, külək, günəş hidroelektrik stansiyalar quraşdıraraq ekoloji təmiz elektrik istehsal edən ölkəyə çevrilək.

“İşğaldan azad edilmiş ərazilər, eyni zamanda Naxçıvan muxtar respublikasının ərazisi “yaşıl enerji” zonası elan edilmişdir ki, bu özünlüyündə Azərbaycana təkcə ölkəmiz miqyasında yox, Cənubi Qafqaz və dünya miqyasında ciddi şəkildə töhfələr verir. Çünki istehsal edilən yaşıl enerjinin digər ölkələrə ixracı həmin ölkələrdə emisiyanın azaldılmasına, daha təmiz enerji növündən istifadəyə töhfə verəcək”.

Bunu “Qarabağ gündəliyi” verilişində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib.  

O deyib ki, Cəbrayıl rayonu ərazisində  240 meqavat gücündə Günəş enerjisi elektrik stansiyasının qurulması ilə bağlı işlər aparılır, bununla yanaşı həmçinin Kəlbəcər və Laçın rayonlarının ərazisində külək elektrik stansiyalarının  qurulması istiqamətində işlər gedir, müvafiq araşdırmalar aparılır və bu ərazidən tamamilə yaşıl enerji istehsalı istiqamətində faydalanmağa çalışır. Bu zonadan eyni zamanda Zəngəzur dəhlizindən keçməklə Türkiyə və Avropaya keçəcək yaşıl enerji xəttinin reallaşdırılması hədəflənir ki, qarşıdakı illərdə 1 qiqavat gücündə yaşıl enerji xətti vasitəsilə istehsal olunacaq “yaşıl enerji”nin Türkiyə və Avropa bazarlarına çıxarılması istiqamətində işlər aparılacaq

İri dövlətlərlə müqayisədə karbon qazının emisiyası Azərbaycanda xeyli aşağıdır. Bu payın az olmasına baxmayaq ətraf mühitin çirklənməsinə qarşı görülən işlər dünya miqyasındadır. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi, “yaşıl energetika”, “yaşıl kənd təsərrüfatı”, “yaşıl nəqliyyat”, “ağıllı şəhər”, “ağıllı kənd” - bütün bu planlar bunu deməyə əsas verir.

İlk olaraq Qarabağdan başlanan işlər, uğurlu nəticələr, həmçinin bu istiqamətdə yatırılan investisiyalar Azərbaycanın yaşıl gündəliyə verdiyi dəstəkdir. Bu isə dünyada neft-qaz istehsal edən ölkə kimi tanınan Azərbaycanı həm də yaşıl enerji istehsal edən ölkəyə çevirir.

Hazırladı: S.Süleymanova

Oxşar xəbərlər