09.06.2025, 06:24
AZ EN
06.02.2025, 09:31 263

Bəylik kəndi doğma sakinlərinə qovuşacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir. Bir neçə aydan sonra illərlə yurd həsrətində olan sakinlər öz el-obalarına qovuşacaqlar və həyat öz axarına düşəcək. Bunu təkcə bir kəndin yox, bütöv bir xalqın zəfərinin simvolu hesab etmək olar.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Bəylik kəndi üzrə nümayəndəsi Ramiz Həsənov bərpa və yenidənqurma işləri barədə danışarkən qeyd edib ki, artıq kənddə son tamamlanma işləri aparılır:

“Ərazi 35 hektar torpaq sahəsindən ibarətdir. 91 ədəd bir mərtəbədə fərdi evlərin 15 ədədi 2, 50 ədədi 3 , 13 ədədi 4 və 13 ədədi  5 otaqlı  bir mərtəbəli fərdi evlərdən ibarətdir. Evlərin hər biri zirzəmi ilə də əhatə olunmuşdur. Hal-hazırda son tamamlama işləri aparılır. Evlər fərdi qaydada istilik sistemi, eləcə də mətbəx mebeli ilə təchiz edilib. Evlərin damında günəş panelindən də istifadə olunur ki, bu da yaşıl enerjinin bir təzahürüdür. Fasad, həmçinin daxili bəzək işləri yekunlaşıb. Yaxın vaxtlarda asfalt örtüyünün salınmasına da başlanılacaq".

Kəndin bərpasını həyata keçirən işçilər də işğaldan azad olunmuş torpaqlarımızda çalışmaqdan şərəf hissi duyduqlarını söyləyiblər.

Günel QULİYEVA

Oxşar xəbərlər