Qeyd edək ki, Mahruzlu kəndinin təməli ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən qoyulub.
Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa bə İdarəetmə xidmətinin şöbə müdiri İlhamiyyə Rza bildirib ki, gördüyünüz kimi, burda böyük Qayıdış Proqramına əsasən işlər planlı şəkildə davam edir: “Ümumiyyətlə, Mahruzlu kəndi Qubadlı şəhər mərkəzinə 19 kilometr məsafədə yerləşir və kəndin ilkin layihələndirilən ərazisi 197 hektardır. İlk mərhələdə 40, 27 hekdar ərazidə 190 ev tikiləcək”.
Mahruzlu kəndində evlər 1 mərtəbəli olmaqla 2, 3,4 və 5 otaqlı tikilir. Evlərin həyətyanı ərazilərin təsərrüfat sahələrinin tikintisi planlaşdırılır.
İlhamiya Rzanın dediyinə görə, əhalinin ümumiyyətlə, sayını nəzərə alaraq ona uyğun olaraq orta məktəb, uşaq baxçası və digər qeyri-yaşayış obyektləri də nəzərdə tutulub: “Bütövlükdə burda həyatın layiqli şəkildə davam etdirilməsi üçün insanların qayıdışı və məskunlaşması üçün, dayanıqlı məskunlaşması üçün, bütün infrastruktur layihələri üçün inşaat işləri nəzərdə tutulub və bəziləri artıq başlayıb. Layihələrdə ekoyönümlü, yəni təbiətə qayğı nümayiş etdirən mahiyyətində belə bir yanaşma olan layihələr həyata keçirilir. Burda elektrik şarj məntəqələri də olacaq. Tezliklə bura köçən insanlar layiqli şəkildə öz həyatlarını bərpa edə biləcəklər və həmin günü biz də onlarla bərabər sevinməyə hazırıq, qeyd etməyə hazırıq”.
Qubadlının yenidən qurulan növbəti kəndi isə Zilanlıdır. Prezident İlham Əliyev 2023-cü il mayın 4-də kəndin təməlini qoyub.
Zilanlı kəndi Qubadlı rayon mərkəzindən 20 kilometr məsafədə yerləşir. Kəndin ümumi ərazisi 180 hektardır. Qeyd edək ki, birinci mərhələdə 43, 5 hektar ərazidə 193 evin tikintisi planlaşdırılır. Tikinti işlərinin bu ilin sonunadək yekunlaşdırılması və müvafiq olaraq daha sonra mərhələli şəkildə əhalinin köçürülməsi planlaşdırılır.
İlhamiyyə Rza daha sonra əlavə edib ki, Zəngilanın Ağalı kəndindən bir neçə kilometr məsafə ayırır bu kəndi. Zilanlıda da tikinti işləri böyük sürətlə plana əsasən gedir. Böyük Qayıdış planına müvafiq olaraq əhalinin dayanıqlı məskunlaşması üçün tələb olunan bütün şərait yaradılacaq. Burda tikilən evlərdə otaqlarının sayı 2, 3, 4 və 5 olaraq nəzərdə tutulub.
Kənddə həmçinin sakinlərin tam rahat şəkildə yaşaması üçün bütün zəruri infrastruktur layihələri inşa ediləcək: “1yaşayış binaları nəzərdə tutulub. Əsasən əhalinin sayına və tələbatına uyğun olaraq 1 məktəb və bir baxça və daha sonra zəruri olan digər obyektlər, məsələn, klub-icma mərkəzi, inzibati bina, ailə və idman sağlamlıq mərkəzləri, çoxfunksiyalı bina olacaq”.
Həm Mahruzlu, həm də Zilanlı kəndlərinin bərpa və yenidən qurma işləri tamamlandıqdan sonra ən tez vaxtda bu kəndin doğma sakinləri öz dədə-baba yurdlarına qayıdacaqlar.
Hazırladı: Tahirə AĞAMİRZƏ