Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü zamanı azad edilən Zəngilan şəhəri yaxın gələcəkdə öz doğma sakinlərini qarşılayacaq.
Prezident İlham Əliyev tərəfindən mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin baş mütəxəssisi Fərid Yusubov bildirib ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində, ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq.
Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq. (AZƏRTAC)