21.11.2024, 20:08
AZ EN
30.06.2022, 16:40 548

Ermənistanın xarabalığa çevirdiyi Ağalının dünəni və bu günü

ŞƏRQİ ZƏNGƏZUR
  • Otuz illik işğal... Yüz minlərlə məcburi köçkün və viran qoyulan yurd yerlərimiz... Həmin illər artıq geridə qaldı. Amma unutmayacağıq! Erməni faşizmini, vandalizmini, barbarlığını, azərbaycanlılara qarşı nifrətini unutmayacağıq...

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsindəki Şanlı Qələbəsi hər birimizə sonsuz sevinc, qürur, fəxarət hissi yaşatdı. Uzun illərin doğma yurd nisgili sona çatdı.

Otuz ildə darmadağın edilən yurd yerlərimiz bu gün geniş tikinti meydançasını xatırladır. Dədə-baba torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən qurulur. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış şəhər və kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. İlk olaraq, ötən il aprelin 26-da Prezident İlham Əliyevin iştirakı ilə birinci “Ağıllı kənd” pilot layihəsi çərçivəsində Zəngilan rayonunda təməlqoyma mərasimi keçirildi. Cəmi bir il sonra, bu il mayın 27-də Ağalıda salınan ilk “ağıllı kənd”in birinci mərhələ üzrə açılış mərasimi oldu.

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsindən sonra yenidən qurulan ilk yaşayış məntəqəsində - Zəngilanın Ağalı kəndində “ağıllı kənd” üçün “ağıllı həllər” nəzərdə tutulub. Məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir. Ağalı kəndi indi gülüstana çevrilib və sakinlərinin yolunu gözləyir...

AZƏRTAC Azərbaycanın ilk “ağıllı kənd”indən - Ağalıdan fotoreportajı təqdim edir. Fotoreportajda Ermənistanın xarabalığa çevirdiyi Ağalı ilə, Azərbaycan dövlətinin qısa müddətdə yenidən qurduğu Ağalını görürsünüz.

Oxşar xəbərlər