08.06.2025, 06:14
AZ EN
19.04.2024, 10:49 444

Kəlbəcərə qaz xətti çəkilir

ŞƏRQİ ZƏNGƏZUR
  • Söhbət Kəlbəcər dağlarından gedir.  İndi bu yerlər tikinti meydanını xatırladır. Ərazidə bütün infrastruktur işləri paralel aparılır. Həyata keçirilən vacib layihələrdən biri də Ağdam-Kəlbəcər qaz kəmərinin çəkilişidir. Burda işlər yanvar ayından başlanıb.

530 millimetirlik  polad borularla çəkilən qaz xətti çətin relyef şəraitində, dağlar yarılaraq dağların üzəri ilə aparılır. Ərazinin 75 kilometrlik hissəsində planlaşdırma işləri başa çatdırılıb. Əraziyə borunun daşınması demək olar ki,  tədarük olunub.

SOKAR-ın  “Qaz ixrac” idarəsinin nümayəndəsi, Vaqif Mikayılov:

-Bu qaz kəməri öz başlanğıcını Ağdam-Əsgəran xəttinin 4-cü kilometrindən götürməklə  Ağdərə ərazisindən keçir və bu kəmərin uzunluğu 106 kilometr olaçaq. İşçi təzyiq bura 12 atmosfer olacaq. Kəlbəcər ərazisində  QXS tikiləcək və o qazpaylayıcı stansiyadan obyektlərə, istehlakçılara paylanacaq.

Ərazidə 60 ağır texnika və 300 nəfər heyət çalışır. İşlərin yay aylarında yekunlaşdırılması planlaşdırılır.

Layihə rəhbəri, Zahid İsgəndərov:

-Hal-hazırda 20 kilometr ərazinin yolaçma işləri tamamlanmışdır. Əsasən relyefin çətin olduğu bir şəraitdə işlər gedir. Hazırda gördüyünüz kimi, çox ağır relyef olduğuna görə işlər bir az yavaş gedir. Ona baxmayaraq, durmadan işlərimiz davam edir, irəliləyirik.

Burda çalışan hər bir işçi işini seviərək və məsuliyyətlə görür. Deyirlər igidlərimizin  canı-qanı bahasına azad etdikləri bu yerlkərdə o qədər müasir infrastruktur yaradılacaq ki, havanın necə olmasından asılı olmayaraq evlərdə və qəlblərdə istilik hökm sürəcək.

Ekskavator operatoru, Asiman Səttarov:

-İşğaldan azad olunmuş ərazilərdə işləmək bizim üçün qürurvericidir. Relyefdən, çətinlikdən asılı olmayaraq,  bu ərazilərdə çalışırıq.

Qeyd edək ki, bundan əvvəl azad olunan ərazilərə köçürülən əhalinin mavi yanacaqla təminatı üçün Bəhmənli, Şuşa, Horadiz, Laçın, Azad Qaraqoyunlu, Ağdam layihəsi həyata keçirilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər