21.11.2024, 23:42
AZ EN
06.09.2023, 09:50 319

Cəbrayılda tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb.

Bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb.

Təkrar emal nəticəsində tikintidə istifadə edilə bilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək.

Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir.

Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə də qənaət ediləcək. (AZƏRTAC)

Oxşar xəbərlər