“Azərişıq” ASC-nin mətbuat xidmətinin bu barədə yayadığı məlumata görə, hazırda bu məqsədlə xətlərin daşınması üçün dayaqlar basdırılır, naqillər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır.
İzolyasiyalı kabellərin açıq xətlərlə müqayisədə üstünlükləri çoxdur. Yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma halları tez-tez baş verir. Əlavə olaraq meşə zolağından keçən hissədə ağacların budağının toxunması nəticəsində də açılmalar olur. Çətin relyefə malik belə yerlərdə baş verən qəzaların aradan qaldırılması da kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə belə problemlər yaranmır. Nəticədə abonent dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaqla yanaşı, itkilər də azalır.
Xatırladaq ki, Kəlbəcər şəhəri elektrik enerjisi ilə 2020-ci il iyulun 18-də təmin edilib.
Hazırladı: Mina RƏŞİD