21.11.2024, 23:53
AZ EN
22.05.2023, 11:05 310

Laçında ən yüksək sürətli şəbəkə quraşdırılır

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın rayonunda telekommunikasiya şəbəkəsinin qurulması üçün magistral xətlər çəkilib və paylayıcı qurğular təmin edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Laçın şəhərində də “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON şəbəkəsinin tətbiq olunması üçün işlərin bu yaxınlarda yekunlaşacağı gözlənilir. Xidmətlərdən Laçın şəhəri ilə yanaşı, Sus və Zabux kəndləri də yararlana biləcək. Xidmətlərin konkret ünvanlara təhvil verilməsi isə tələbata uyğun olaraq planlı şəkildə icra ediləcək.

Hazırda Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, eləcə də işğaldan azad olunan digər şəhər və rayonlarda, kəndlərdə telekommunikasiya xidmətlərinin bərpası istiqamətində layihələndirmə, texniki şərtlərin hazırlanması, kabellərin çəkilməsi işləri planlı şəkildə həyata keçirilir.

Əhalinin məskunlaşma proqramına uyğun olaraq, bərpa edilən bütün yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin ediləcək. (Trend)

Oxşar xəbərlər